Bakıda məktəb direktoru vəfat edib – FOTO

12 Baxış

Bakıda 193 nömrəli tam orta məktəbin direktoru Rəhim Hüseynov vəfat edib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov özünün “Facebook” profilində paylaşım edib.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və kollektivi paytaxtdakı 193 nömrəli tam orta məktəbin direktoru Rəhim Hüseynovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – deyə Bəşarət Məmmədov qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.