Quba və Qəbələdə meşən yanğınları baş verib

18 Baxış

Quba və Qəbələ rayonları ərazisində meşə yanğınları baş verib.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Quba rayonu, Ərməki kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) bir hektar sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.

Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb və meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) isə 1,5 ha sahədə quru ot və kol-kos yanıb. Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğın söndürülüb və meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.