Şeyx getsin “aş-qara” yesin, siyasətə qarışmasın – VİDEO

7 Baxış

Kubra Məhərrəmova yazır … 

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının dilində ən çox bu ifadə səslənirdi, “İranın duasındansa, İsrailin PUA-sı yaxşıdır”.

Bu söz-söhbət təzəcə səngimişdi ki, Şeyx bayram namazı zamanı qayıdıb dedi ki, “Bəs Xamneyinin fətvası bizi Qarabağda qələbəyə apardı”.

Birincisi, onu qeyd edim ki, Qarabağda qələbəyə bizi Ali Baş komandan və ordumuz apardı. Arxa cəbhədə gecə-gündüz ordu üçün çalışan xalq apardı. Prezident İlham Əliyevin siyasi əzmi, diplomatiyası, strategiyası apardı. Xalqın dövlət başçısına olan etibarı, inamı apardı.

İkincisi, istər birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsi dövründə Vətən uğrunda biz azərbaycanlılar vuruşduq. İçimizdə yəhudi, rus, udi, talış, ləzgi, dinindən asılı olmayaraq hamı bütöv Azərbaycan üçün vuruşdu. Neçə-neçə şəhid verdik. Albert Aqarunovu Şeyxin yadına salmaq istəyirəm. O nə müsəlman idi, nə də etnik azərbaycanlı. Albert sadəcə Vətənin oğlu idi. Vətən uğrunda da canından keçdi.


Məlumat oxu.az saytından götürülmüşdür.