Qubada “Media şəhidləri” parkı istifadəyə verilib – FOTO

7 Baxış

Quba rayonunda Birinci Qarabağ və Vətən müharibəsində şəhid olan jurnalistlərin xatirəsinə salınan parkın açılışı olub.

“Report”un məlumata görə, şəhərin mərkəzindəki Yusif Qasımov küçəsində salınan parkın açılışında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.