Ofelya Həşimova: “Xatirə lövhəsində onunla birgə şəhid olanların şəkillərinin olması məni təsirləndirdi”

6 Baxış

“Polad Həşimov hər zaman istəyirdi ki, abadlıq olsun, insanlar rahat yaşasın”.

Oxu.Az-ın məlumatına görə, bunu Xətai rayonunda yerləşən Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun adına yaradılan parkın açılış mərasimində həyat yoldaşı Ofelya Həşimova bildirib.

Onun sözlərinə görə, parkda ağaclar böyüdükcə, Polad Həşimovun ruhu şad olacaq:

“Xatirə lövhəsində onunla birgə şəhid olanların şəkillərinin olması məni təsirləndirdi. Allah generalımıza və bütün şəhidlərimizə rəhmət eləsin. Biz onlarla qürur duyuruq. Bütün şəhid ailələrinə sonsuz hörmətim var”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.