Polad Həşimovun anası: “Körpə balalar da oğlum kimi vətənpərvər olsunlar”

4 Baxış

Polad Həşimovun adı verilən parkda ağacəkmə kampaniyası da həyata keçirilib.

Oxu.Az-ın məlumatına görə, Ağacəkmə mərasimində Polad Həşimovun anası Səmayə Həşimova da iştirak edib.

O, milli qəhrəmanın xatirəsinin əbədiləşdirilməsinə görə hər kəsə təşəkkür edib:

“Qoy, əkilən ağacların kölgəsində minlərlə böyüyən körpə balalar da oğlum kimi vətənpərvər olsunlar”.

O qeyd edib ki, bu gün Polad Həşimovun oğlu da burada ağac əkib:

“Yəqin ürəyində deyir ki, ata, ruhun şad olsun”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.