DİN karantin qaydalarını pozaraq məclis keçirən ev sahibi barəsində tədbir gördü – FOTO

6 Baxış

Salyan rayonunun Qarabağlı kənd sakini Kamran Cavadovun fərdi yaşayış evinin həyətində mövcud karantin qaydaları pozulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən məlumata görə, burada 88 nəfərin iştirakı ilə məclis keçirildiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.