BDU-nun dosenti vəfat edib – FOTO

3 Baxış

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Əliş oğlu Məmmədli 64 yaşında vəfat edib.

Bu barədə onun yaxınları məlumat paylaşıb. 

Belə ki, Yaşar Məmmədli 15 dekabr 1957-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1979-1985-ci illərdə BDU-nun filologiya fakültəsində oxuyub. 1990-cı ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasında çalışıb.1996-cı ildə “Azərbaycan dilində hərbi terminlərin linqvistik xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Evlidir, üç övladı var.

Faktı Oxu.Az universitetdən təsdiq ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.