Xızıda polis əməkdaşları şəhid ailələri ilə görüşüb – FOTO

4 Baxış

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı ərəfəsində rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

Oxu.Az xəbər verir ki, polis işçiləri şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları verib, onları təbrik ediblər. Onların problemləri ilə maraqlanıblar.

Görüşdə Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.