Lerikdə sel səkkiz kəndi qazsız qoydu – VİDEO

7 Baxış

Lerik rayonuna yağan leysan yağışlarından sonra bəzi kəndlər qazsız qalıb.

Məsələ barədə “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq.

Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, yağan leysandan sonra Lerikdə qaz xətlərində qırılma olub:

“Lerik rayonu Osmanlı, Kəlvəz, Kələxan, Göydərə, Məhləbad, Hiyveri, Hüseynabad və Amburdərə kəndlərinə güclü selin gəlməsi nəticəsində qaz xətlərinin qırılması ilə əlaqədar ötən gün saat 18:40-da qaz təchizatı müvəqqəti dayandırılıb. Bununla əlaqədar 352 istehlakçının qaz təminatında fasilə yaranıb”.

“Ərazidə bu gün təmir işləri aparılacaq”, – deyə o qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.