Bərdədə toy məclisində kütləvi zəhərlənmə olub

7 Baxış

Bərdədə kütləvi zəhərlənmə qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə toy məclislərinin birində baş verib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından əldə olunan məlumata görə, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Səkinə Həsənova, Tərtər rayon sakinləri – 2006-cı il təvəllüdlü Məmmədli Tükəzban Seymur qızı, 1970-ci il təvəllüdlü Məmmədov Seymur Təşkilat oğlu, Bərdə rayon sakinləri – 1974-cü il təvəllüdlü Muradov Ceyhun Məhyəddin oğlu, 1999-cu il təvəllüdlü Muradov Elzamin Hüseyn oğlu, 1944-cü il təvəllüdlü Muradov Məhyəddin Həsən oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.