Beyləqanda anbar yanıb

5 Baxış

Beyləqan rayonunun Dünyamalılar kəndində ümumi sahəsi 578 m² olan birmərtəbəli anbarın (hazırda fəaliyyət göstərməyən) dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.