“Mini Boss” uşaq bezləri ilə Azərbaycan dünya bazarında – VİDEO

5 Baxış

Xarici iqtisadiyyatdan asılılığın azaldılması və beynəlxalq standartlara uyğun məhsul istehsalı ilə dünya bazarına ixracat Azərbaycanın əsas prioritet hədəflərindən biridir. Bu sahədə, dövlət və özəl şirkətlər də birgə əməkdaşlıq edərək iqtisadiyyatın güclənməsinə öz tövhələrini vermişlər.

Ən bariz nümunələrindən biri olaraq isə, “Rafa Group” MMC-ni qeyd edə bilərik. Şirkət uşaq bezi, salfet və tualet kağızı istehsalı üzrə ixtisaslaşmışdır ki, fabrikdə uşaq bezi avadanlıqlarının illik istehsal gücü 218 milyon ədəd, salfet avadanlıqlarının illik istehsal gücü isə 428 milyon ədəd təşkil edir.

İtaliyanın bu sahədə aparıcı şirkətlərinə məxsus avadanlıqlar, ixtisaslı kadr heyəti ilə “Rafa Group” MMC artıq ilk ixracatını həyata keçirməyə başlamışdır. Belə ki, şirkət Özbəkistanla əməkdaşlıq əlaqələri qurmuş və uşaq bezi ixracı ilə dünya bazarına ilk addımlarını atmışdır.

Həm yerli, həm xarici bazara nüfuz etməklə, əhalinin yüksək keyfiyyətli yerli məhsulla təmin olunması, həmçinin xarici ölkələrdə Azərbaycan adını və məhsulunun keyfiyyətini nümayiş etdirmək əsas hədəflərdən biridir.

“Rafa Group” MMC şirkəti “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı Turan Özbahceci ilə əməkdaşlığı nəticəsində yaradılmışdır. Ümumilikdə Turan Özbahceci, fəaliyyət göstərdiyi sahələrdə Azərbaycan brendlərini dünyaya tanıtmaq sahəsinə daha çox istiqamətlənmişdir.

2021-ci ilin aprel ayında Grandmart’ın Aktau filialının açılışı da Qazaxıstan xəbər portallarında böyük marağa səbəb olmuşdu və istehlakçılar tərəfindən Azərbaycan, Türkiyə istehsalı mallar böyük rəğbət görmüşdür.


Məlumat oxu.az saytından götürülmüşdür.