Rus bölməsi üzrə I siniflərə müəllim seçiminin vaxtı dəyişdirilib

4 Baxış

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Belə ki, iyulun 19-u qeyri-iş gününə təsadüf etdiyinə görə I siniflər üzrə qəbul edilmiş uşaqlar üçün iyulun 26-dan müəllim seçimini etmək mümkün olacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.