Ağdamda iki yanğın hadisəsi baş verdi

4 Baxış

Ağdam rayonunun Eyvazlı kəndində həyətyanı sahədə altı ton ot bağlamasının dörd tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Ağdam rayonunun Eyvazlı kəndində baş verən bir digər yanğın nəticəsində həyətyanı sahədə iki ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.