Vaksinasiya olmasa yeni ştammlar hansı sürətə yayıla bilər?

5 Baxış

Vaksinasiya olmasa hər il iki yeni koronavirus ştammının ortaya çıxma ehtimalı 60% təşkil edəcək.

“İzvestiya” qəzeti bu barədə almaniyalı tədqiqatçıların araşdırmalarına istinadən məlumat yayıb.

“Alimlər kütləvi peyvənd və karantin tədbirləri çərçivəsində koronavirus pandemiyasının inkişaf modelini yaradıblar”, – deyə qeyd edilir.

Eyni zamanda, tədqiqatda yeni ştammlar ortaya çıxdıqda fərqli ölkələrdə yeni koronavirus dalğasının başladığı vaxt, həmçinin virusun bu variantlarının infeksiya dərəcəsi və peyvəndlərin effektivliyi nəzərə alınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.