Saatlıda ağır yol qəzası oldu, ölən və xəsarət alan var

6 Baxış

Saatlıda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin H. Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil “TIR” yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan Saatlı rayonunun Ağarəhimli kənd sakinləri, 1983-cü il təvəllüdlü Zeynalov Vahid Zakir oğlu hadisə yerində ölüb, Məmmədov Vüsal Əbülfət oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan paytaxt Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Ölən və yaralının rayonda fəaliyyət göstərən “Barkot” firmasının işçiləri olduğu bildirilir.

Faktla bağlıaraşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.