Prezidentin Şuşada vəzifəyə təyin etdiyi Məftun Abbasov kimdir? – DOSYE

7 Baxış

Bu gün Prezident İlham Əliyev Məftun Qurban oğlu Abbasovun Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Oxu.Az yeni vəzifəyə təyin olunan Məftun Abbasovun dosyesini təqdim edir.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Məftun Abbasov Virginia Beynəlxalq Universitetində MBA üzrə, Strayer Universitetində isə Mühasibatlıq üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra Vyanada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr dərəcəsi alıb və hazırda Azərbaycan Milli Elmlər Akademiyasında İqtisadiyyat üzrə elmi işini davam etdirir.

O, 2009-cu ildə Azərbaycan Respublikası Mərkəzi Bankında auditor kimi çalışıb və daha sonra “Procter&Gamble” şirkətində Daxili audit departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

M.Abbasov 2012-ci ildən etibarən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Mühüm işlər üzrə əməliyyatçı vəzifəsini icra edib və 2016-cı ildən etibarən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Daxili audit və nəzarət departamentinin rəhbəri, daha sonra Baş direktorun müavini kimi fəaliyyət göstərib. Son təyinatına qədər isə Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyində işləyib.


Məlumat oxu.az saytından götürülmüşdür.