Tekstil fabrikində iş yoldaşını bıçaqlayan şəxs saxlanıldı

9 Baxış

Mingəçevirdə tekstil fabrikində iş yoldaşını bıçaqlayan şəxs saxlanılıb.

APA-nın məlumatına görə, şəhər polis şöbəsi əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində tekstil fabrikində münaqişə zəminində 1984-cü il təvəllüdlü iş yoldaşı Elmir Nizami oğlu Qasımovu bıçaqlayaraq xəsarət yetirməkdə şübhəli bilinən, fabrikin əməkdaşı, Kəlbəcər rayon sakini Dağıbəyi Vəlizadə saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Məlumat oxu.az saytından götürülmüşdür.