Şirvanda qətl törədən şəxs tutuldu

9 Baxış

Şirvan şəhərində həmyerlisini öldürən şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat  verilib

Ötən gün münaqişə zəminində Fəxrəddin Babayevi bıçaqlayaraq qətlə yetirən Şirvan sakini, Mirzəyev Xəyyam Mehman oğlu polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.