Bakı-Qazax yolunda qarpızla dolu yük maşını aşdı – VİDEO

12 Baxış

Bakı-Qazax yolunda yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, hadisə zamanı qarpızla dolu “Qazel” markalı yük avtomobili idarəetməni itirərək aşıb. 

Qəza yerinə gələn yol polisi əməkdaşları və xilasedicilər ön şüşəni sındıraraq sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxara biliblər.


Məlumat oxu.az saytından götürülmüşdür.