Azərbaycanda pensiya yaşının aşağı salınması təklif edilir

3 Baxış

Milli Məclisin iclasında deputat Aqil Abbas pensiya yaşının aşağı salınmasını təklif edib. 

Oxu.Az-ın məlumatına əsasən, A.Abbas deyib ki, SSRİ zamanında balet ustaları 35 yaşından pensiyaya çıxırdı.

“Futbolçular da deyirdi ki, onlar da 35 yaşdan sonra futbol oynaya bilmirlər. Pensiya yaşı həssas məsələdir. Pensiya yaşına yenidən baxmaq üçün ekspertlər dəvət edib onların fikirlərinə nəzər yetirmək lazımdır. Pensiya yaşı aşağı salınmalıdır”, – deyə A.Abbas əlavə edib.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.