Xəzərdə batan 29 yaşlı gəncin meyiti tapıldı

5 Baxış

Xəzər dənizində batan Salyan rayon sakininin meyiti tapılıb.

“Report”un məlumatına görə, rayonun Xıdırlı kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Xamis Füzuli oğlunun meyiti sahildə aşkar edilib.

Meyit müayinə olunması üçün Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, X.Xəlilov ötən gün balıq tutmaq məqsədi ilə motorlu qayıqla dənizə çıxmışdı.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.