Güclü yağış Gəncədə fəsadlar törətdi: Yaşayış evlərini su basdı – FOTO/VİDEO

7 Baxış

Gəncədə yağan leysan yağışlar nəticəsində bir neçə ev həyətyanı sahəsi ilə birlikdə su içində qalıb.

Axşam saatlarında yağan güclü yağış səbəbindən Gəncə şəhərinin Məshəti qəsəbəsində 10-a yaxın evin həyətinə yağış suları dolub.

Bununla yanaşı, küçə yollarında hərəkətdə də çətinliklər yaranıb.

Sakinlər bildirib ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülməyib.

Hazırda məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin qaynat xəttinə zəng edilib, məlumat verilsə də, hələlik heç bir tədbir görülməyib.


Məlumat oxu.az saytından götürülmüşdür.