Deputat: “Nazirliklərdə bizi qəbul etmirlər”

5 Baxış

Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı məmurlardan gileylənib.

Oxu.Az-ın məlumatına əsasən, S.Rüstəmxanlı bildirib ki, deputat öz fəaliyyətini fasiləsiz həyata keçirə bilməlidir.

O, deputatlar tərəfindən nazirliklərə ünvanlanan sorğulara reaksiya verilməməsini vurğulayıb.  

“Biz Milli Məclisin nüfuzunu qaldırmalıyıq. Nazirliklərdə heç bizi qəbul etmirlər. Köməkçi telefonu açır, deyir əlaqə saxlayacağıq”, – deyə S.Rüstəmxanlı əlavə edib.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.