“Caliber”: Rusiya polisi tərəfindən daha bir azərbaycanlının öldürülməsi barədə informasiya feykdir

1 Baxış

“Caliber” “Telegram” kanalınını səlahiyyətli orqanlardan aldığı məlumatlara əsasən, Rusiya Federasiyası hüquq-mühafizə orqanlarının əməkdaşlarının bir qrup azərbaycanlı Vekil Abdullayevin qatili ilə hesablaşmaq istəyərkən başqa bir soydaşımızı öldürməsi faktı barədə informasiya saxtadır.

“Erməni mənbələri, habelə artıq bəzi yerli “Youtube” kanalları tərəfindən tirajlanan videoda əslində söhbət Orta Asiyadan olan bir mühacirin öldürülməsindən gedir. Hətta feykin ilkin mənbəsi belə onu təkzib edib, lakin sözügedən saxta məlumat hələ də internetdə qalıb. Dezinformasiyaya aldanmayın, bunun kimin maraqlarına xidmət etdiyi bəllidir”, – deyə “Caliber” bildirir.


Məlumat oxu.az saytından götürülmüşdür.