Siyəzəndə maşın aşıb: Ölən var

6 Baxış

Siyəzən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumatına görə, qəza Siyəzən-Beşdam kənd yolunda qeydə alınıb.

Rayon sakini, 1995-ci il təvəllüdlü Ramazanov Kamil Ağaqulu oğlunun idarə etdiyi “Opel” markalı maşın qarşısına çıxan maneədən yayınmaq istəyərkən idarəetməni itirib. Aşan avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Əhmədov Nicat Əhməd oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.