Nazir: “Reabilitasiya mərkəzində olan zədəli heyvanlar restoranlarda saxlanılıb”

6 Baxış

“Altıağac Miilli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində heyvanların saxlanması üçün daha rahat şərait yaratmağı və mövcud infrastrukturu yaxşılaşdırmağı planlaşdırırıq”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, heyvanlar üçün yenidən təbii yaşayış arealı yaratmaq üçün ərazini meşəyə qədər genişləndirərək nəzərdə tutulub:

“Sözsüz ki, ixtisaslı mütəxəssislərin cəlb edilməsi istiqamətində də çalışacağıq. Çünki bu cür heyvanlarla mütəxəssislər işləməlidir. Heyvanların reabilitasiya mərkəzində saxlanmaları və sonradan vəhşi təbiətə buraxılmaları ilə bağlı qərar verə bilərlər.

Buna görə də iki istiqamət – infrastrukturun inkişafı və mütəxəssislərin cəlb edilməsi üzrə çalışmaq çox vacibdir. Bu məsələdə təbiətin mühafizəsi ilə məşğul olan qeyri-hökumət təşkilatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çox kömək edir”.

Nazir qeyd edib ki, Altıağac Miilli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzi vəhşi təbiətin bərpası və reabilitasiyası üzrə regional mərkəzdir:

“Buna görə də qonşu ölkələr müvafiq töhfə verə bilər, biz bilik və təcrübələrimizi bölüşə, mərkəzin fəaliyyətini yaxşılaşdırmaq üçün birlikdə işləyə bilərik. Bu gün burada ayı, kərkəs, qartal və digər quş, eyni zamanda, müəyyən zədələri olan heyvanlar saxlanılır. Həmin heyvanlar əsasən özəl zooparklarda və restoranlarda saxlanılıb.

Mərkəzdə qanunsuz olaraq əhilləşdirilmiş heyvanlar və quşlar reabilitasiya dövründən keçir və təbii şəraitə öyrəşdirilir, sonra sərbəst buraxılırlar. Əgər onları dərhal vəhşi təbiətə buraxılsa, yemək axtararaq kəndlərə gedəcək və bu da mülki əhali üçün riskdir”.

“Razılaşın ki, ölkəmizdə əhalinin heyvanlara münasibəti daha yaxşı ola bilər. Buna görə bu istiqamətdə birgə səylər göstərilməlidir. Bununla yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olmalı deyil, hər şey ailədən, tərbiyədən başlamalıdır, daha sonra məktəblərdə bu məsələlərə diqqət yetirilməlidir, bununla bağlı dərnəklər yaradıla bilər.

Təəssüf ki, ölkəmizdə heyvanlara çox ehtiyatla yanaşılır, onlar təhdid olaraq görülür. Hesab edirəm ki, bu məsələdə maarifləndirmə mühüm rol oynayır”, – deyə nazir qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.