Şəkiyə şiddətli yağış yağıb, dolu düşüb, təsərrüfatlara ziyan dəyib – FOTO

5 Baxış

Axşam saatlarından etibarən şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.

Oxu.Az xəbər verir ki, Şəki rayonunun Kiş və bir sıra digər kəndlərinə küləklə müşaiyət olunan güclü dolu yağıb.

Bunula bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, dolu meyvə ağaclarına, o cümlədən fərdi təsərrüfatlara ciddi ziyan vurub.

Güclü külək nəticəsində iri gövdəli ağaclar kökündən çıxıb, elektrik naqilləri qırılıb, qaz xətlərinə ziyan dəyib.


Məlumat oxu.az saytından götürülmüşdür.