“Unikal” 11 yaşını qeyd edir

8 Baxış

Bu gün “Unikal” qəzeti və “Unikal.org” xəbər portalının fəaliyyətə başlamasının 11 ili tamam olur. Bu media qurumları ilk dəfə oxucularla görüşə 2010-cu il iyunun 6-da gəlib.

Unikal.org xəbər portalı uzun illərdir aktiv xəbər yayımını həyata keçirir və fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlər, siyasi və iqtisadi təhlillərlə çıxır. 

Xüsusi qeyd edə bilərik ki, hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir  və Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, dövlət qurumları ilə əməkdaşlıq edir.

Oxu.Az saytının əməkdaşları adından həmkarlarımızı təbrik edir, işlərində uğurlar arzulayırıq.


Məlumat oxu.az saytından götürülmüşdür.