Taras Kuzio: “Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır”

3 Baxış

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır.

Bunu Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan akademiyası”nın britaniyalı professoru Trend-ə bildirib.

Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avropa Şurası və ATƏT-in parlament assambleyalarında qaldırılmalı və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi pislənilməlidir.

Taras Kuzio deyib: “Ermənistan, az qala otuz ildir işğal etdiyi ərazilərin minalardan təmizlənməsi məsələsinə məsuliyyətli yanaşsa və əməkdaşlıq etsəydi, Azərbaycan jurnalistlərinin faciəli ölümündən qaçınmaq olardı”.


Məlumat oxu.az saytından götürülmüşdür.