Liman sakini 1,5 kq heroinlə saxlanıldı – FOTO

6 Baxış

Lənkəran sakininin üzərindən 1 kiloqramdan artıq heroin aşkarlanıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Əskərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı əlindəki sellofan torbadan 1 kiloqram 455 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.