12 ildən sonra doğulan nəvəsinin məclisi günü qəzada öldü – FOTO

4 Baxış

Biləsuvarda ağır avtomobil qəzası baş verib.

“Qafqazinfo“ xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində olub.

Sözügedən kəndin sakini, 1952-ci il təvəllüdlü Məmmədhəsən Həsənov idarə etdiyi VAZ-2107 markalı 12-BX-137 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Maşının yolun kənarında olan ağaca çırpılması nəticəsində sərnişin, avtomobilin sürücüsünün həyat yoldaşı, 1952-ci təvəllüdlü Şahbazova Elzangül Lətiv qızı hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, qəzaya düşən baba-nənə 12 ildən sonra anadan olan nəvələrinə görə bu gün təşkil etmək istədikləri məclis üçün bazarlıqdan qayıdırmışlar.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.