Mərkəz direktoru beynəlxalq təşkilatları ikili standartlarda ittitham etdi

7 Baxış

“Ermənistanda yerləşən Qaçaran və Qafandağ mədən kombinatlarında formalaşan ağır metal tullantı suları təmizlənmədən Oxçuçaya axıdılır”.

Oxu.Az-ın məlumatına görə, bunu Regional Ekoloji Mərkəzin direktoru, İctimai Şuranın sədri Mələk Şükürova deyib.

Onun sözlərinə görə, çaydan götürülən nümunələr fakt kimi beynəlxalq təşkilatlara təqdim edilib:

“Bizə hər hansı cavab gəlməyib. Burada ikili standartlar tətbiq edilir. Azərbaycana qarşı bu cür ekoloji terror barədə beynəlxalq təşkilatlar susur. Həmin mədənlərin idarəçiliyində Avropanın iki nüfuzlu şirkətləri durur. Onlar ekoloji standartları öz ölkələrində fərqli təqdim edirlər. Digər ölkələrə gələndə həmin standartlar yaddan çıxır, buna göz yumulur”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə bildirib ki, işğaldan azad olunan torpaqlarımızda ekoloji terrorla bağlı Azərbaycan üzv olduğu beynəlxalq konvensiyalar və təşkilatlara müraciətlər edib, ancaq müraciətlərə heç bir reaksiya yoxdur:

“Dünyanın hansısa ölkəsində heyvana, təbiətə zərər vurulursa, bununla bağlı cəld reaksiya verilir. Amma 30 ilə yaxındır ki, bununla bağlı məsələ qaldıran yoxdur. Bütün çətinliklərə baxmayaraq, haqq səsimizi qaldırıb, haqlı mövqeyimizi müdafiə edəcəyik. Sadəcə bir sıra beynəlxalq təşkilatlardan reaksiyalar ala bilirik”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.