Rövnəq Abdullayev “Qazprom”un rəhbəri ilə işgüzar görüş keçirib – FOTO

9 Baxış

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Rusiyanın “Qazprom” neft-qaz şirkətinin idarə heyətinin sədri Aleksey Millerlə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın “Qazprom” şirkəti rəsmi məlumat yayıb.

Görüş dünən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub. Bildirilib ki, görüş işgüzar zəmində həyata keçirilib.

Tərəflər qaz sahəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Qeyd edək ki, “Qazprom” qaz sənayesində qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə 2018-ci ildə Azərbaycanda öz nümayəndəliyini açıb.


Məlumat oxu.az saytından götürülmüşdür.