5 aylıq Ümidə kömək olaq – FOTO

3 Baxış

Azərbaycanda 5 aylıq uşağın sizin köməyinizə ehtiyacı var.

Oxu.Az xəbər verir ki, bu barədə 5 aylıq Ümid İbadovun anası Rəna İbadova məlumat verib.

O bildirib ki, oğlunun ürəyində anadangəlmə qüsur olub:

“Oğlum İbadov Ümid Xaliq oğlu 2021-ci il yanvar ayının 5-də dünyaya gəlib. Özümüz Ağdam sakinləriyik. Övladımı müalicə üçün Bakıya gətirmişdim, amma həkimlər müalicə deyil, təcili əməliyyat lazım olduğunu dedilər. Həkimlər Ümidə Pulmonar hipertenziya diaqnozu qoyublar. Çarəsiz qayıtdıq Ağdama. Ümid iki dəfə açıq ürək əməliyyatı keçirməlidir. Həkimlər birinci əməliyyat üçün 9 min manat, ikinci əməliyyat üçün isə 20 min manat civarında pul lazımdır. Maddi imkanımız olmadığı üçün əməliyyat xərclərini qarşılaya bilmirik. Xahiş edirik, Ümidin sağlamlığına qovuşması üçün bizə kömək edəsiniz”.

Sabah bu körpənin 5 ayı tamam olacaq. Ümidin əməliyyat xərclərinə köməklik etmək istəyənlər 051 747 60 72 nömrələri ilə uşağın ailəsi ilə əlaqə saxlaya bilər.


Məlumat oxu.az saytından götürülmüşdür.