Naxçıvanda saxta əskinas satan şəxs saxlanılıb

6 Baxış

Naxçıvanda saxta əskinas satan şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Məmmədov 100 dollarlıq saxta əskinası satarkən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 30 ədəd 100 dollarlıq saxta əskinas aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.