Bakıda tarixi binanın üzərində qanunsuz tikinti işi aparanlar cəzalandırılacaq – FOTO

9 Baxış

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Bakının 28 May küçəsində yerləşən 1908-ci ildə inşa edilmiş memarlıq binasında qanunsuz olaraq artırılan mansardla bağlı açıqlama verib.

Qurumun mətbuat katibi Fariz Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə dövlət xidməti tərəfindən araşdırmalar başladılıb:

“Nəticə barədə əlavə məlumat veriləcək”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən binada qanunsuz olaraq artırılan mansard bu gün söküləcək.

Ötən gün sosial şəbəkələrdə yayılan məlumatlardan sonra Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məsələyə hüquqi qiymət verilməsi üçün göstəriş verilib. 

Qeyd edək ki, tarixi bina azərbaycanlı milyonçu Musa Nağıyevin sifarişi ilə tikilib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.