DSX-nin yeni zastavası istifadəyə verildi – FOTO

3 Baxış

Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş “Ağgöl” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, mərasimdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini şəxsi heyətə çatdırıb.

Açılış mərasimindən sonra tədbir iştirakçıları sərhəd zastavası kom­pleksinə baxış keçiriblər.

Burada şəxsi heyətin xidmətinin yüksək səviy­yədə təşkili və asudə vaxtının səmərəli keçirməsi üçün müxtəlif təyinatlı otaqlar, yataqxana, yeməkxana, hamam-camaşırxana, anbarlar inşa edil­miş, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılıb.  

Xidməti fəaliyyətində fərqlənən bir qrup hərbi qulluqçu təltifləndiril­dikdən sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib. 

Tədbirin sonunda hərbi hissənin kinoloji mütəxəssisləri xüsusi təlim keçmiş itlərdən istifadə etməklə xidməti tapşırıqların icrası üzrə bacarıq­larını nümayiş etdiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.