İki küçənin kəsişməsinə işıqfor quraşdırıldı – FOTO

5 Baxış

Hövsan qəsəbəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik səviyyəsi artırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, İlqar Əhlimanov ilə Hafiz Quliyev küçələrinin kəsişməsində piyadaların təhlükəsizliyinin və nəqliyyat vasitələrinin növbəliliyinin təmin edilməsi məqsədilə işıqfor quraşdırılıb.

Qeyd olunan ərazi sıx məskunlaşma zonası hesab edilir. Həmçinin, ətrafda üç orta məktəb binası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölməsi yerləşir. 

İşıqfor obyektlərinin quraşdırılması nəticəsində kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə yerləşən məktəblər, o cümlədən sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub.

Hazırda bir sıra ehtiyac olan ərazilərdə də bu kimi nizamlanan yolayrıcları və eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.