Bakının məşhur xəstəxanalarından birindəki izdihamın səbəbini Baku TV araşdırdı – VİDEO

6 Baxış

Bir neçə gündür ki, Respublika Klinik Xəstəxanasından yayılan insanların sıxlığını əks etdirən görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

Baku TV sözügedən xəstəxanada olub. 

Videoda xəstəxananın dəhlizində heç bir sosial məsafə və karantin qaydalarını gözləmədən onlarla insanın toplaşdığı aydın görünür. İcbari Tibbi Sığorta lövhəsinin qarşısında növbəyə duran vətəndaşların arasında ümumiyyətlə məsafə saxlanılmayıb. Əslində sağalmağa gələn insanların burada kornavirusa yoluxub getməyəcəklərinin heç bir zəmanəti yoxdur. 

Növbəyə dayananların sözlərinə görə, bugünkü növbə yenə şükürlüdür. Əsasən həftənin ilk günləri xəstəxanada sıxlıqdan tərpənmək olmur.

Qeyd edək ki, ötən gün Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin sabiq direktoru Azər İsmayılov təyin olunub. Telman İbadov isə Akademik Respublika Klinik Xəstəxanasının direktor müavini vəzifəsinə keçirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.