Ölkədə neçə nəfər vaksinasiya edilib? – FOTO

8 Baxış

Bu gün Azərbaycanda 15 871 nəfərə vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 711, ikinci mərhələdə isə bu rəqəm 9 160 nəfər təşkil edib.

Bu günə qədər Azərbaycanda ümumilikdə 1 471 579 ədəd vaksin vurulub.

Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 959 804 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 511 755 olub.


Məlumat oxu.az saytından götürülmüşdür.