Erməni vandallığına məruz qalan Azərbaycanın ən qədim yaşayış məntəqəsindən REPORTAJ – FOTO/VİDEO

7 Baxış

Bir, iki, üç, dörd, beş…. pilləkənləri saya-saya Azıx mağarasına doğru qalxıram.

Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan üç kilometr aralıda, Quruçayın müasir yatağından 100-120 metr yuxarıda yerləşir. 

Bildirim ki, media nümayəndələrinin bura səfəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə baş tutub. 

Azıx mağarasına burulan diki qalxandan sonra maşınlarımız kiçik meydançada dayanır. Buradan o yana piyada gedəcəyik…

Pilləkənləri qalxmaq çətin olsa da, təngnəfəs olsam da, mağaraya qalxıram. Çünki bura haqqında illərdir ki, tarix kitablarında oxuduğum, dünyanın ən qədim yaşayış məskənlərindən biridir. 30 illik həsrətdən sonra bu qədim tarixi məkan bizə qayıdıb. Bura qalxmaqmı çətin olacaq?! 800-ə yaxın pilləkən qalxdıqdan sonra mağaranın girişinə çatırıq. 

Mağaranın girişi ensizdir və dərin xəndək var. Ayağınızı bir az ehtiyatsız qoysanız, xəndəyə yıxılacaqsınız. 

Girişdəki dar cığırla əlimi divardan tuta-tuta, bir təhər yolumu adlayıram və Azıxın içindəyəm. Bura işğaldan azad olduqdan sonra Azərbaycan bayrağı qoyulub. 

Azıx mağarasının sahəsi 800 kvadrat kilometrdir.

Burada uzunluğu 600 metrə qədər uzanan səkkiz dəhliz var. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.


Məlumat oxu.az saytından götürülmüşdür.