Gömrükçülər İrandan gələn yük avtomobillərində siqaretlər aşkar etdi

6 Baxış

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən dörd fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə DGK xəbər yayıb.

Belə ki, İdarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri “Mack” markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.

Nəqliyyat vasitələrinə kinoloji xidmət itlərinin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 8 200 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.