“Eko-Radar” bölməsinə daxil olan şikayət təsdiqini tapdı

7 Baxış

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2B ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat şikayətçinin iştirakı ilə yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı beş meyvə ağacının kökündən çıxarılaraq məhv edildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.

Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər Abşeron Rayon Polis İdarəsinə göndərilib.


Məlumat oxu.az saytından götürülmüşdür.