Bakıda yanğın zamanı insanlardan binadan təxliyə edildi

6 Baxış

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 m² sahədə və elektrik kabeli 3,5 p.m yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 5-i azyaşlı olmaqla 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.