Son sutka ərzində Azərbaycanda neçə nəfər vaksinasiya olunub? – RƏSMİ + FOTO

9 Baxış

Bu gün Azərbaycanda 15 871 nəfərə vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 711, ikinci mərhələdə isə bu rəqəm 9 160 nəfər təşkil edib.

Bu günə qədər Azərbaycanda ümumilikdə 1 456 114 ədəd vaksin vurulub.

Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 953 545 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 502 569 olub.


Məlumat oxu.az saytından götürülmüşdür.