Qaxda qəbiristanlıqda ağacların kəsilməsinə nazirlikdən REAKSİYA – FOTO

7 Baxış

Qax rayonunun Zəyəm kəndindəki qəbiristanlığın ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, Qax rayonu Zəyəm bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 3 ağacın kəsildiyi və təbiətə 6600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Qax rayon Prokurorluğuna göndərilib.


Məlumat oxu.az saytından götürülmüşdür.