Azərbaycan ordusun şəhid olan hərbi qulluqçusu dəfn edildi – FOTO

7 Baxış

Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz dəfn edilib.

Oxu.Az-ın məlumatına görə, Elvin Fuad oğlu Mustafayevin nəşi doğulduğu Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Elvin Mustafayev 1997-ci ildə Gəncə şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə itkin düşmüşdü. Şəhid olan hərbi qulluqçumuzun nəşi dünən tapılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.