Füzulidəki yataqların əksəriyyəti işğal dövründə istismar edilib – RƏSMİ

8 Baxış

“Füzuli rayonundakı yataqların əksəriyyəti işğal dövründə istismar edilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Füzuli rayonunda dövlət və sahə balanslarında qeydiyyata alınmış 6 faydalı qazıntı – 2 mişar daşı, 1 qum-çınqıl, 2 gil və 1 yeraltı su yatağı mövcud olub.

O bildirib ki, işğaldan azad olunan ərazilərdə 167 ədəd qeyri-filiz və inşaat materialları qeydə alınıb.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.